12 mindən çox vətəndaşa 500 manatadək kompensasiya verilib

  24 Aprel 2019    Oxunub : 1053
 12 mindən çox vətəndaşa 500 manatadək kompensasiya verilib
"Azərpoçt" MMC ilk icra günündə 12 min 67 nəfərə 500 manata qədər olan kompensasiyaların nağd ödənişini həyata keçirib.
"Azərpoçt" MMC-dən Azvision.az -a bildirilib ki, bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri ilk icra günündə “Azərpoçt”dan 3 milyon 393 min 809 manat vəsaiti nağd formada alıb. May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.

Qeyd edək ki, problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt" MMC-nin respublika üzrə bütün şöbələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala bilirlər. "Azərpoçt"un icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunub. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcək. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Azvision.az

Teqlər: Azərpoçt   Kompensasiya