Mağazadan külli miqdarda pul oğurlanıb

Mağazadan külli miqdarda pul oğurlanıb
  24 Aprel 2019    Oxunub:1821
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, polis əməkdaşları hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar. Oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti