Azərbaycan Türkiyə ilə birgə vaqon istehsalına başlayır

  24 Aprel 2019    Oxunub : 1222
Azərbaycan Türkiyə ilə birgə vaqon istehsalına başlayır
Türkiyə və Azərbaycan birgə yük vaqonları istehsal edəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib. Onun sözlərinə görə, birgə yaradılacaq müəssisə Azərbaycanda fəaliyyət göstərəcək.

Nazir qeyd edib ki, hazırda nazirliyin tabeliyində olan müəssisədə istehsal olunan 150 vaqon Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yük daşıyır.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Bakı-Tbilisi-Qars   Vaqon