Azərbaycanda Gürcüstan nömrəli maşınlar sürətlə artır

Azərbaycanda Gürcüstan nömrəli maşınlar sürətlə artır
  24 Aprel 2019    Oxunub:5631
Ölkəmizə idxal olunan avtomobillər üçün idxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub. Təxminən 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması və yerli avtomobil istehsalının stimullaşdırılması.
Azvision.az xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert hesab edir ki, qeyd olunan hər iki arqument yanlışdır.

Ə.Hüseynov fikirlərini belə əsaslandırıb: "Ona görə ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq. İkinci arqument ona görə yetərli deyil ki, yerli istehsal avtomobillərin sayı məhduddur. Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil".




Ə.Hüseynov qeyd edib ki, ölkədə avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur: "Düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək. Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstan dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək".

Azvision.az


Teqlər: Ekspert   Ərşad-Hüseynov  





Xəbər lenti