“Hüseyn nəzarət altındadır, vəziyyəti yaxşıdır” - Nazirlik

  23 Aprel 2019    Oxunub : 1005
 “Hüseyn nəzarət altındadır, vəziyyəti yaxşıdır” - Nazirlik
Üzünü it dişləyən uşağın vəziyyəti yaxşıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, uşaq Kiliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir və nəzarət altındadır.

Qeyd edək ki, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində quduz it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Səhiyyə-Nazirliyi