Qadının çantasını zorla alan şəxs tutuldu

  23 Aprel 2019    Oxunub : 592
Qadının çantasını zorla alan şəxs tutuldu
Aprelin 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs E.Saidovaya zor tətbiq edərək içərisində 260 manat və 18000 rubl olan çantasını alıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Ağayev saxlanılıb.

Azvision.az

Teqlər: DİN