Bakıda 58 yaşlı kişi yanaraq ölüb

  23 Aprel 2019    Oxunub : 916
Bakıda 58 yaşlı kişi yanaraq ölüb
Bakı şəhərinin Xəzər rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 43 m² sahədə və bitişik talvar 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Azvision.az


Teqlər: FHN   Yanğın   Meyit   Ev