Köməksiz qalan 2 azyaşlı xilas olunub

Köməksiz qalan 2 azyaşlı xilas olunub
  22 Aprel 2019    Oxunub:1371
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti