Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə!

Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin nəzərinə!
  22 Aprel 2019    Oxunub:4077
Bu gündən respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Azvision.az -a verilən məlumata görə, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.Müsahibə proqramı və materialları barədə məlumatlar miq.edu.az/muqavile saytında yerləşdirilib.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Müəllim  





Xəbər lenti