Bu yolda xətlənmə işləri aparılacaq

Bu yolda xətlənmə işləri aparılacaq
  22 Aprel 2019    Oxunub:2406
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol  





Xəbər lenti