Poroşenko məğlub olduğunu etiraf etdi - VİDEO

  21 Aprel 2019    Oxunub : 3238
 Poroşenko məğlub olduğunu etiraf etdi - VİDEO
Ukraynanın hazırki rəhbəri Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenskiyə məğlub olduğunu etiraf edib.

Azvision.az xəbər verir ki, Poroşenko səsvermə başa çatdıqdan sonra brifinq keçirərək Zelenskini qələbə qazanması münasibətilə təbrik edib.
O, məğlub olmasına baxmayaraq, siyasətdən getməyəcəyini, Ukraynanın inkişafı üçün mübarizə aparacağını bəyan edib.



Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. "Exit poll"un nəticələrinə əsasən, Vladimir Zelenski seçkilərdə qələbə qazanıb.

Azvision.az

Teqlər: Ukrayna   Poroşenko   Zelenski