Gürcüstanda etiraz aksiyası: 30-a yaxın yaralı var

  21 Aprel 2019    Oxunub : 1762
Gürcüstanda etiraz aksiyası: 30-a yaxın yaralı var
Gürcüstanın Axmeti rayonunda Alazan çayı üzərində Su Elektrik Stansiyasının tikintisinə etiraz olaraq aksiya keçirilib.

Azvision.az xəbər verir ki, etirazçılarla əraziyə cəlb olunan polis əməkdaşları arasında qarşıdurma yaşanıb.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Buna cavab olaraq, nümayişçilər də polisə daş və dəyənəklərlə müqavimət göstərib, onlardan bir neçəsinə xəsarət yetiriblər.

Ümumilikdə qarşıdurma zamanı 27 nəfər yaralanıb. Aksiya keçirilən ərazi polis nəzarətinə götürülüb.

Azvision.az

Teqlər: Gürcüstan   Aksiya   Etiraz