“Sarı jiletlilər”in növbəti aksiyası - 126 nəfər saxlanılıb

“Sarı jiletlilər”in növbəti aksiyası - 126 nəfər saxlanılıb
  20 Aprel 2019    Oxunub:2064
Fransanın paytaxtı Parisdə "Sarı jiletlilər" hərəkatının növbəti etiraz aksiyası keçirilir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Son məlumatlara əsasən, Parisdə 126-dan çox etirazçı saxlanılıb. Aksiya iştirakçıları avtomobilləri yandırıblar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Azvision.az



Teqlər: Paris   Etiraz   Aksiya  





Xəbər lenti