Şəmkirdə iki maşın toqquşub: Ölən və yaralılar var

  20 Aprel 2019    Oxunub : 1828
 Şəmkirdə iki maşın toqquşub: Ölən və yaralılar var
Aprelin 19-da saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Vüsal Nağıyevin idarə etdiyi “VAZ-21074” və Qazax rayon sakini V.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-dən Azvision.az -a verilən məlumata görə, nəticədə V.Nağıyev hadisə yerində ölüb, V.İsmayılovun isə 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza