Oğru narkotiklə tutuldu

  20 Aprel 2019    Oxunub : 890
Oğru narkotiklə tutuldu
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki mağazaların birindən 1800 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan Ş.Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onun üzərinə şəxsi axtarış keçirilərkən 56,818 qram heroin və 27,540 qram metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Oğurluq