Metroda oğurluq edənlər ələ keçdi

  20 Aprel 2019    Oxunub : 956
Metroda oğurluq edənlər ələ keçdi
Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 4-də metronun “Memar Əcəmi” stansiyası ərazisində Beyləqan rayon sakini V.Quliyevanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik vasitələrdən istifadə etdiklərinə görə məhkum olunanlar, Sumqayıt şəhər sakinləri M.Məmmədov və Ə.Həsənov saxlanılıblar.

Azvision.az

Teqlər: DİN