DİN-dən əməliyyat : Narkotik alverçiləri tutuldu

      DİN-dən əməliyyat   : Narkotik alverçiləri tutuldu
  20 Aprel 2019    Oxunub:2369
Daxil olmuş məlumat əsasında İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan S.Əhmədovdan 5,31 qram marixuana götürülüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Əhmədova narkotik vasitəni satmış rayon sakinləri, əvvəllər məhkum olunan N.Əhmədov və K.Nəcəfov saxlanılıblar.

K.Nəcəfovun evinə baxış zamanı 1 kiloqramq 55,04 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti