Siyəzəndə ağır qəza, ölən və yaralanan var

Siyəzəndə ağır qəza, ölən və yaralanan var
  20 Aprel 2019    Oxunub:2525
Aprelin 19-da saat 7 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Ramin Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobili yol ayırıcısına vurub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti