Naxçıvanda 3 ayda bir nəfər yol qəzasında ölüb

Naxçıvanda 3 ayda bir nəfər yol qəzasında ölüb
  20 Aprel 2019    Oxunub:1998
2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bəhs edilən müddət ərzində yol-nəqliyyat hadisələrinin sayının xeyli azalması həyata keçirilən profilaktik tədbirlər hesabına mümkün olub. Cari ilin ilk üç ayı ərzində yol patrul xidməti tərəfindən 4450, polis inspektorları tərəfindən 278, digər aidiyyəti xidmətlər tərəfindən 14 olmaqla, ümumilikdə, 4742 protokol tərtib edilib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Naxçıvan   DİN  





Xəbər lenti