Poroşenko ilə Zelenski arasında gərgin debat - VİDEO

 Poroşenko ilə Zelenski arasında gərgin debat -   VİDEO
  20 Aprel 2019    Oxunub:4660
Ukraynada prezidentliyə namizəd, şoumen Vladimir Zelenski ilə ölkənin hazırki rəhbəri Pyotr Poroşenko arasında debat keçirilib.

Azvision.az xəbər verir ki, namizədlərin debatı Kiyevin "Olimpiya" stadionunda minlərlə vətəndaşın qarşısında baş tutub.
Namizədlər seçki platformalarını açıqlayıblar. Zelenski və Poroşenko debatda əsasən əmək haqları, pensiya, sosial islahatlar, ordu quruculuğu və korrupsiya ilə bağlı çıxışlar ediblər.



Qeyd edək ki, Ukraynada martın 31-də keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə birinci olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səs yığa bilib. Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Azvision.az



Teqlər: Poroşenko   Zelenski  





Xəbər lenti