İran ABŞ-ın 290 kəşfiyyatçısını ələ keçirib

 İran ABŞ-ın 290 kəşfiyyatçısını ələ keçirib
  19 Aprel 2019    Oxunub:3469
İranın xüsusi xidmət orqanları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) İran ərazisində və regionda fəaliyyət göstərən iri casus şəbəkəsini ifşa edib.
Azvision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın informasiya və milli təhlükəsizlik naziri Mahmud Ələvi bəyan edib.

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə qarşı həyata keçirdiyimiz çətin işlərin nəticəsində müxtəlif ölkələrdə, o cümlədən də İranda fəaliyyət göstərən 290 casusdan ibarət şəbəkə aşkar etmişik. Ölkəmizin xüsusi strateji əhəmiyyət daşıyan sahələrində aşkarladığımız onlarla amerikalı casus həbs edilib”, – deyə Ələvi vurğulayıb.

İran kəşfiyyatının rəhbəri onu da bildirib ki, Tehran ifşa etdiyi casus şəbəkəsi barədə məlumatları digər region ölkələrinə də ötürüb və onlar da CİA agentlərini həbs ediblər.

Ələvi, həmçinin İran kəşfiyyatının ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə yanaşı, Böyük Britaniyanın “Mi-6” məxfi kəşfiyyat xidmətinə işləyən casusların da aşkarlanması ilə məşğul olduğunu deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ   Kəşfiyyat  





Xəbər lenti