Keçmiş məhkumların yeni cinayəti

  19 Aprel 2019    Oxunub : 1014
Keçmiş məhkumların yeni cinayəti
Aprelin 18-də Xətai rayonunun Babək prospektindəki mağazaların birindən 2 ədəd təkər diski oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunan E.Babayev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və 34-cü PŞ-yə təhvil verilib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin yanvar-aprel ayları ərzində Gəncə şəhəri ərazisində 3 evdən, 2 avtomobildən və 1 mağazadan məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan T.İbişov saxlanılıb.

Azvision.az

Teqlər: DİN