Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib
  19 Aprel 2019    Oxunub:1801
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Palatanın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, hesabatlar dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə, Dövlət Neft Fondunun büdcəsinin icrasının təhlilinə dair məsələləri əhatə edir.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Azvision.az


Teqlər: Hesablama-Palatası  





Xəbər lenti