Ərdoğan müxalifətə səsləndi: “Seçki mübahisələrini geridə qoyaq”

 Ərdoğan müxalifətə səsləndi:  “Seçki mübahisələrini geridə qoyaq”
  19 Aprel 2019    Oxunub:2279
Türkiyədəki siyasi qüvvələrin seçki mübahisələrini geridə qoyaraq, iqtisadiyyat və təhlükəsizlik başda olmaqla, diqqətlərini əsl gündəmə yönəltmələri vacibdir.

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində yazıb.
“Seçki mübahisələrini geridə qoyaraq iqtisadiyyat və təhlükəsizlik başda olmaqla əsl gündəmimizə fokuslanmağımız şərtdir. İndi qucaqlaşma, birlik və həmrəyliyimizi möhkəmləndirmək zamanıdır. Məqsədimiz millətimizin rifahını artırmaq, təhlükəsizlik və azadlıq balansını qoruyaraq dövlətimizin mövcudluğuna qarşı yönələn təhdidləri yox etməklə Türkiyəni 2023 hədəflərinə çatdırmaqdır. Terrorla mübarizəmizi qətiyyətlə apararkən, inşallah ölkəmizin ehtiyac duyğudu islahatları da həyata keçirməyə davam edəcəyik. Ölkəmizin mövcudluğu ilə bağlı məsələlərdə siyasi baxışlarımızdakı fərqlilikləri bir kənara qoyaraq, 82 milyon hamılıqla Türkiyə İttifaqı olaraq hərəkət etməliyik”, - deyə – Ərdoğan yazıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti