“Oğlum üçün 56 min dollar güzəşt nəzərdə tutulub” - Yasinin atası

  “Oğlum üçün 56 min dollar güzəşt nəzərdə tutulub” -    Yasinin atası
  19 Aprel 2019    Oxunub:9529
“Oğluma 56 min dollar təqaüd verilməyəcək, sadəcə onu təhsil haqqından azad ediblər. Mətbuatda yayılan məlumata aydınlıq gətirmək istərdim ki, universitet Yasin üçün 56 min dollar güzəşt nəzərdə tutub. Bunu təqaüd kimi başa düşüblər”
Bu barədə Azvision.az -a açıqlamasında Türkiyənin Sabancı Universitetinə qəbul olan 17 yaşlı azərbaycanlı Yasin Quliyevin atası Yalçın Quliyev deyib. Onun sözlərinə görə, oğlunun seçdiyi fakültənin illik təhsil haqqı 18 min dollardır.

“56 min dolları Yasinə təqaüd formasında verməyəcəklər. Bu məbləğ Yasinin illik haqqından çıxılacaq. Oğlumun seçdiyi Sabancı universitetində bir illik təhsil haqqı 18 min dollardır. Yasin oraya 100/75 bursla qəbul olub. Bu da yataqxana xərcləri ilə birlikdə 56 min dollar edir”.

Yalçın Quliyev oğlunu təbrik edənlərə təşəkkürünü bildirib: “Bu, tək mənim yox, dövlətimiz üçün də böyük uğurdur. Oğlumla fəxr edirəm. Hər bir şagirdin borcudur ki, yaxşı oxusun, ailəsinə, dövlətinə faydalı olsun. Yasindən başqa bir qızım var. Mən özüm mühəndisəm. Yasinin uşaqlıqdan oxumağa həvəsi var. Biz də onu dəstəkləyirik".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yasin  





Xəbər lenti