Qida məhsullarının istehsalı 26,8 faiz artıb

Qida məhsullarının istehsalı 26,8 faiz artıb
  19 Aprel 2019    Oxunub:1737
Birinci rübdə ötən ilin yanvar-mart ayları ilə müqayisədə içki istehsalında 78,8 faiz, qida məhsullarının istehsalında 26,8 faiz, tütün məmulatlarının istehsalında isə 7,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 8,6 dəfə, duru bitki yağlarının istehsalı 7,8 faiz, cem və marmeladların istehsalı 6,5 faiz, üzlü süd istehsalı 2,8 faiz, araq istehsalı 6,8 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 23,4 faiz artıb.

Azvision.az




Teqlər: Statistika   Qida   Məhsul  





Xəbər lenti