Baş nazir 134 nəfərin ölümünə görə istefa verdi
Məlumatda, həmçinin vurğulanıb ki, Malinin yeni baş nazirinin adı bütün siyasi qüvvələrlə məsləhətləşmələrdən sonra yaxın zamanda açıqlanacaq.
Qeyd edək ki, Mali hökumətinin istefası ölkənin Mopti əyalətindəki qəsəbələrə edilən silahlı hücumda fulba xalqının 134 nümayəndəsinin ölməsindən bir neçə gün sonraya təsadüf edir. Bununla əlaqədar, Mali parlamenti terrorla yetərincə mübarizə apara bilmədiyinə görə 17 apreldə hökumətə etimadsızlıq səsverməsi keçirilməsini müzakirəyə çıxarmışdı.
Bundan əvvəl Mali prezidenti İbrahim Bubəkar Keyta Silahlı Qüvvələrin baş qərargah rəisi Mbembu Musu Keytunu istefaya göndərmişdi.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Mlai