Narkotikə görə 3 keçmiş məhkum tutuldu

  19 Aprel 2019    Oxunub : 957
Narkotikə görə 3 keçmiş məhkum tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunan M.Şemyakindən 450 qram marixuana götürülüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülüb. Hər üç faktla bağlı araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Narkotik