“Akarla söhbət etmək xoşuma gəlir” - Pentaqon rəhbəri

 “Akarla söhbət etmək xoşuma gəlir” -  Pentaqon rəhbəri
  19 Aprel 2019    Oxunub:1882
“Türkiyə ABŞ-ın strateji tərəfdaşıdır və bu münasibətlərimizdə hər zaman həll edilməsi gərəkən çətinliklər də olacaq”
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri səlahiyyətlərinin icraçısı Patrik Şanahan 16 apreldə türkiyəli həmkarı Hulusi Akarla keçirdiyi görüşü şərh edərkən deyib.

Görüş zamanı Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan məsələlərlə bağlı hansısa irəliləyişin olub-olmamasına dair sualı cavablandıran Şanahan deyib: “Oldu. Nazir Akar, yəni onlar (Türkiyə) strateji bir tərəfdaşdır və hər zaman həll edilməsi gərəkən çətinliklərimiz də olacaq. Ona görə də, Akar burada olarkən, fürsətdən istifadə edib oturub danışdıq. Onunla söhbət etmək xoşuma gəlir. Bu da həmin görüşlərdən, yəni hansısa qeydlər aparmadığımız görüşlərdən biri idi. Harada dalana düşmüşük, oradan necə çıxa bilərik mövzusunda söhbət apardıq. Və deyə bilərəm ki, biz diqqətimizi mövqelərə deyil, maraqlara cəmləşdirdik”.

Pentaqonun rəhbəri həmçinin, “Gələcəkdə Türkiyəyə müştərək istehsal təyyarəsini (“F-35”) təhvil verəndə, cənab Akara onu ziyarət etmək istədiyimi də söylədim” deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   F-35   ABŞ  





Xəbər lenti