Ərdoğan ABŞ-a gedəsi olmadı
“Hazırda prezidentimizin Vaşinqtona planlaşdırılan səfəri yoxdur, amma ABŞ prezidentinə Türkiyəni ziyarət etməsi üçün dəvət göndərib. Ağ Evdə bu dəvətə müsbət baxdıqlarını və 2019-cu il ərzində ABŞ prezidenti Donald Trampın Türkiyəyə səfərə gələ biləcəyini deyiblər. Amma hələ ki dəqiq bir tarix yoxdur, olarsa əvvəlcədən məlumat verəcəyik. Biz, cənab Trampın Türkiyəni bu il ziyarət etməsini gözləyirik”, – deyə Kalın bildirib.
Leyla Elbrusqızı
Azvision.az