Abe və Tramp bir-birinə qonaq gedəcək

Abe və Tramp bir-birinə qonaq gedəcək
  19 Aprel 2019    Oxunub:1334
Yaponiyanın baş naziri Şinzo Abe və xanımı Akie Abe 26-27 apreldə Vaşinqtona səfər edərək Ağ Evdə ABŞ prezidenti Donald Trampın qonağı olacaq.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” Ağ Evə istinadən məlumat yayıb.

Görüş zamanı Abe və Tramp iki ölkə arasındakı münasibətləri, xüsusən də ticarət sahəsində əməkdaşlığı, eləcə də, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Öz növbəsində, Tramp da 25-28 may tarixlərində Yaponiyaya rəsmi səfər edəcək. Səfər çərçivəsində Tramp Yaponiyanın hazırkı vəliəhd şahzadəsi, mayın 1-dən isə artıq taxta çıxaraq imperator olacaq Naruhito ilə görüşən ilk xarici dövlət başçısı kimi tarixə düşəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya   ABŞ  





Xəbər lenti