Tramp əleyhinə hesabata müdaxilə edilib? - Açıqlama veriləcək

  18 Aprel 2019    Oxunub : 1131
Tramp əleyhinə hesabata müdaxilə edilib? - Açıqlama veriləcək
ABŞ-ın baş prokuroru Uilyam Barr ölkə prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerikadakı 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin 22 aylıq istintaqının yekun nəticəsi ilə bağlı hesabatda Ağ Ev tərəfindən icra imtiyazının (İnformasiya və ya icra hakimiyyətinə aidiyyatı olan şəxs barədə mləumatın əldə edilməsi məqsədilə məhkəmə və anunverici hakimiyyət tərəfindən müdaxilələrə müqavimət göstərmək hüququ. Lakin ABŞ prezidentinin və ya icra hakimiyyətinin digər üzvlərinin bu imtiyazdan istifadəsi məxfiliyi tam təmin etmir) tətbiq edilib-edilmədiyinə dair açıqlama verəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin sözçüsü Kerri Kupek bildirib. Onun sözlərinə görə, bu gün keçirəcəyi mətbuat konfransında Barr, həmçinin, son bir neçə həftə ərzində Ədliyyə Nazirliyinin Ağ Evlə təmaslarına da aydınlıq gətirəcək.

Qeyd edək ki, ABŞ qanunvericilərinin tələbi üzərinə xüsusi prokuror Robert Müllerin 22 aylıq istintaqının nəticələri barədə yekun hesabatın redaktə olunmuş versiyasi tezliklə ictimailəşdiriləcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İstintaq   Rusiya   ABŞ