"Sona qədər mübarizə aparacağıq" - Ərdoğan

   "Sona qədər mübarizə aparacağıq" -    Ərdoğan
  18 Aprel 2019    Oxunub:2200
“Haqq axtarmaq mübarizəsi demokratiyanın tələbidir. Biz də sona qədər mübarizəmizi davam etdirəcəyik”.
AzVision.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, İstanbul üzrə bələdiyyə seçkilrəində son söz Türkiyə Ali Seçki Komissiyasınındır: “Ali Seçki Komissiyası nə qərar verəcəksə, o da olacaq. Ondan sonra yola davam. Məqsədimiz Türkiyəni 2023 hədəflərinə çatdırmaqdır”.

Ərdoğan həmçinin vurğulayıb ki, AKP qurulduğu dövrdən gücünü millətdən alıb və bu gücü millətə xərcləyən komanda olub, əldə olunan uğur 82 milyonun uğurudur.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Ərdoğan   AKP   Seçki  





Xəbər lenti