Rusiyanın ən zənginləri - Vahid Ələkbərov üçüncüdür

Rusiyanın ən zənginləri -    Vahid Ələkbərov üçüncüdür
  18 Aprel 2019    Oxunub:2570
“Forbes” nəşri Rusiyanın ən varlı 200 biznesmeninin reytinq siyahısını açıqlayıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, siyahıda ilk yeri “Novatek” qaz şirkətinin rəhbəri, “Sibur” neft-kimya kompaniyasının səhmdarı Leonid Mixelson tutub. Onun varidatı 24 milyard dollar həcmində qiymətləndirilir.
İkinci yerdə NLMK poladəritmə kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin, üçüncü yerdə isə “Lukoyl” neft kompaniyasının prezidenti Vahid Ələkbərov qərarlaşıb.

Ümumilikdə isə Rusiyanın ən varlı 200 biznesmeninin ümumi varidatı 496 milyard dollar təşkil edir.

1. Leonid Mixelson ( 24 milyard dollar)
2. Vladimir Lisin (21,3 milyard dollar)
3. Vahid Ələkbərov (20,7 milyard dollar)
4. Aleksey Mordaşov (20,5 milyard dollar)
5. Gennadi Timçenko (20,1 milyard dollar)

Azvision.az



Teqlər: Rusiya   Forbes   Zəngin  





Xəbər lenti