Ermənistanda daha bir hərbçi öldü

  18 Aprel 2019    Oxunub : 1496
Ermənistanda daha bir hərbçi öldü
Bu gün səhər saatlarında İrəvanın Cərrahiyyə İnstitutuna gətirilən yaralı erməni hərbi qulluqçu – intihara cəhd edərək özünü ürək nahiyyəsindən güllələyən 24 yaşlı S.Naren ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı həkimlər erməni hərbçinin həyatını xilas edə bilməyiblər.

Faktla bağlı ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Kotayk əyalətinin 24 yaşlı sakini S.Naren Ermənistan ordusunun Kanakera hərbi hissəsində müqavilə əsasında xidmət keçən hərbi qulluqçu olub. O, bu gün döş qəfəsinin sol nahiyyəsindən güllə yarası alıb. Həkimlər yaralı hərbçinin üzərində qeyd kağızı aşkar ediblər. Məlum olub ki, erməni hərbçi intihara cəhd edərək özünü ürəyindən güllələyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   İntihar   Ordu