Pxenyan ABŞ-dan Pompeonu dəyişdirməyi tələb edib

Pxenyan ABŞ-dan Pompeonu dəyişdirməyi tələb edib
  18 Aprel 2019    Oxunub:1344
Şimali Koreya nüvəsizləşdirməyə dair Vaşinqtonla apardığı danışıqlarda ABŞ-ın dövlət katibi Mayk Pompeonun daha təcrübəli biri ilə dəyişdirilməsini tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə Şimali Koreya XİN-in ABŞ departamentinin direktoru Kvon Çon Qukun yaydığı bəyanatda deyilir.

“Hətta əgər gələcəkdə ABŞ-la dialoq bərpa olunacaqsa, istərdim ki, Pompeonun yerinə bizimlə danışıqlara başqa adam – daha dostcanlı və ünsiyyətdə təcrübəli biri gəlsin. Hanoydakı sammitin təcrübəsi göstərdi ki, problem nə olursa-olsun, əgər işə Pompeo müdaxilə edəcəksə, onda işlər qarışacaq və nəticələr pozulacaq. Bu səbəbdən də, məni narahat edən odur ki, əgər Pompeo danışıqlara yenidən müdaxilə edəcəksə, onda vəziyyət daha da çətinləşəcək və qarışacaq”, - deyə Çon Quk vurğulayıb.

Bununla belə, Şimali Koreya rəsmisi ölkəsinin lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında şəxsi münasibətlərin əvvəlkitək yaxşı olduğunu deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pxenyan   Koreya   ABŞ   Pompeo  





Xəbər lenti