Erməni hərbçi özünü güllələdi

  18 Aprel 2019    Oxunub : 1420
Erməni hərbçi özünü güllələdi
Bu gün səhər saatlarında İrəvanın Cərrahiyyə İnstitutuna döş qəfəsinin sol nahiyyəsindən güllə yarası alan 23-25 yaşlarında hərbi geyimli şəxs gətirilib.

Azvision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, yaralının xəstəxananın yaxınlığındakı Kanakera hərbi hissəsindən gətirildiyi məlum olub. Hazırda həkimlər onun üzərində cərrahi əməliyyat aparırlar.
Qeyd olunub ki, yaralı şəxs Kotayk əyalətinin 24 yaşlı sakini S.Narendir. Onun Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən hərbi qulluqçu olduğu bildirilir. Xəstəxanaya gətirilərkən yaralı hərbçinin üzərindən qeyd kağızı aşkarlanıb. İstisna edilmir ki, erməni hərbçi intihara cəhd edərək özünü ürəyindən güllələməyə çalışıb.

Hazırda Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis əməkdaşları və İstintaq Komitəsinin müfəttişləri yaralı hərbçinin olduğu xəstəxanadadırlar.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   İntihar   Ordu