“Son sözü Ali Seçki Komissiyası deyəcək” - Binəli Yıldırım
"Partiyamız hüquqlarından istifadə etməkdə davam edir. Son sözü Ali Seçki Komissiyası (ASK) deyəcək", - deyə B.Yıldırım bildirib.
Qeyd edək ki, aprelin 17-də Cümhuriyyət Xalq Partiyasından İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlunun seçkilərdə qalib gəldiyi təsdiqlənib. O, İstanbul Ədalət Sarayına gələrək bələdiyyə sədri seçildiyinə dair sənədi alıb. Ədalət və İnkişaf Partiyası martın 31-də keçirilmiş seçkilərdə İstanbul üzrə səsvermənin nəticələrindən narazıdır və bununla bağlı ASK-yə aidiyyəti üzrə şikayət edilib.
Azvision.az
Teqlər: AKP CHP Binəli-Yıldırım