Bu il 515 min ton dizel yanacağı istehsal olunub

Bu il 515 min ton dizel yanacağı istehsal olunub
  17 Aprel 2019    Oxunub:1550
Yanvar-mart aylarında Azərbaycanda 515,6 min ton dizel yanacağı, 302,8 min ton avtomobil benzini, 78,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 154,2 min ton ağ neft, 18 min ton yanacaq mazutu, 4,9 min ton sürtkü yağları, 39,4 min ton neft bitumu və 61,2 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, üç ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 735,1 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,4 faiz artıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 1,6 faiz, yanacaq mazutunun istehsalı 8,6 faiz azalıb. Dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

Azvision.az



Teqlər: Statistika   Dizel   Yanacaq  





Xəbər lenti