“NATO ölkəmizin inkişafına əngəl olur” – Latviyalı rəsmi

“NATO ölkəmizin inkişafına əngəl olur” –    Latviyalı rəsmi
  17 Aprel 2019    Oxunub:1296
NATO Latviya iqtisadiyyatının hərbi-sənaye kompleksi hesabına inkişaf etməsinə imkan vermir.
Azvision.az xəbər verir ki, bunu Latviyanın Ventspils şəhərinin meri Ayvars Lemberqs “Baltcom” radiosuna müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, ölkəsi Varşava Müqaviləsi Təşkilatına (soyuq müharibə dövründə SSRİ-nin rəhbərliyi altında Avropanın sosialist dövlətlərinin 1955-ci ildə NATO əleyhinə yaratdıqları hərbi blok. 1991-ci ildə fəaliyyətinə son qoyulub) üzv olduğu dövrlərdə ÜDM-nin 7%-i hərbi-sənaye kompleksinin payına düşürdü. Lakin Latviya NATO-ya daxil olduqdan sonra bu göstərici sıfıra enib.

“Niyə Varşava Müqaviləsi Latviyaya NATO-dan daha sadiq, daha etibarlı və daha yaxın idi? Niyə NATO ölkələri, ilk növbədə də ABŞ Latviyaya tamamilə güvənmir, ona hörmət etmirlər və Latviyanın iqtisadiyyatının hərbi-sənaye kompleksi hesabına inkişaf etməsini istəmirlər?” – Lemberqs sual edib.

Mer bildirib ki, bu cür münasibətə baxmayaraq, Latviya NATO-ya üzvlüyə görə pul ödəyir və alyansın digər üzvlərindən hərbi texnika alaraq onların varlanmasına səbəb olur.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Latviya   SSRİ   ABŞ   NATO  





Xəbər lenti