Fransa Notr-Damın bərpası üçün müsabiqə elan edir

Fransa Notr-Damın bərpası üçün müsabiqə elan edir
  17 Aprel 2019    Oxunub:1677
Fransa hökuməti Parisin ən qədim abidələrindən biri - 856 illik tarixə malik məşhur Notr-Dam kilsəsinin yanan qülləsinin bərpası üçün beynəlxalq memarlıq müsabiqəsi elan edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın baş naziri Eduar Filip bəyan edib.

“Yanaraq dağılmış qüllənin bərpası üçün memarlar arasında beynəlxalq müsabiqə təşkil ediləcək”, – deyə Filip hökumətin keçirdiyi iclasın yekununda gəlinən qərar barədə jurnalistlərə məlumat verib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Notr-Dam kilsəsinin təmirini 5 il müddətinə başa çatdırmaq niyyətindədirlər.

Qeyd edək ki, aprelin 15-də yenidənqurma işlərinin aparıldığı Notr-Dam kilsəsində baş verən yanğın 9 saatdan sonra södürülsə də, XII əsrdə inşa edilmiş kilsənin uzun qülləsinin bir hissəsi aşıb.

Yanan kilsənin bərpası üçün başladılan beynəlxalq yardım kampaniyası çərçivəsində yığılan ianələr isə artıq 1 milyard avronu keçib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Paris   NotrDam   Fransa  





Xəbər lenti