Ölkədə ümumi daxili məhsul istehsalı artıb

Ölkədə ümumi daxili məhsul istehsalı artıb
  17 Aprel 2019    Oxunub:2610
Yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ÜDM istehsalının 46 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.

Azvision.az



Teqlər: Statistika   Məhsul  





Xəbər lenti