Bakıda 70 yaşlı qadın evdə yanaraq ölüb

   Bakıda 70 yaşlı qadın evdə yanaraq ölüb
  17 Aprel 2019    Oxunub:1648
Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti