Tacikistan prezidenti Rusiyaya səfər edib

Tacikistan prezidenti Rusiyaya səfər edib
  16 Aprel 2019    Oxunub:1979
Tacikistanın prezidenti Emoməli Rəhmon rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirmək üçün artıq Moskvadadır.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, 2 günlük rəsmi səfər üçün Moskvaya gələn Rəhmonu hava limanında Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin, Tacikistanın Moskvadakı səfiri İmomuddin Səttarov və digər rəsmilər qarşılayıblar.

Kremlin mətbuat xidmətindən verilən məlumata əsasən, Putinlə Emoməli Rəhmon arasında görüş sabah baş tutacaq və tərəflər Tacikistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusən də ikitərəfli ticari-iqtisadi əməkdaşlığın mühüm məsələləri ilə yanaşı, regional problemləri də müzakirə edəcəklər. Görüşün yekununda bir sıra sənədlər, o cümlədən miqrasiya ilə bağlı sazişin imzalanması planlaşdırılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Tacikistan   Rusiya  





Xəbər lenti