AKP təkrar seçkilər üçün rəsmən müraciət etdi

   AKP təkrar seçkilər üçün rəsmən müraciət etdi
  16 Aprel 2019    Oxunub:2162
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) fövqəladə etiraz üsulundan istifadə edərək İstanbulda təkrar seçkilərin keçirilməsi ilə bağlı yazılı tələbi bu gün saat 15:30-da Türkiyə Ali Seçki Komissiyasına (ASK) rəsmən təqdim edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə AKP-nin sədr müavini, seçki məsələləri üzrə səlahiyyətli nümayəndəsi Əli İhsan Yavuz bəyan edib.

Onun sözlərinə görə, ASK-ya təqdim edilən rəsmi müraciətdə 31 martda İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçirilən seçki nəticələrinin tam ləğv edilməsi və təkrar seçkilərin keçirilməsi yolu ilə yenilənməsi tələb edilib.

Qeyd edək ki, İstanbulun seçki dairələri üzrə etibarsız hesab olunan səslərin demək olar ki, 100%-i faizi sayılıb, CHP təmsilçisi Əkrəm İmamoğlu təqribən 12 min səslə AKP namizədi Binəli Yıldırımdan öndədir. Bu səbəbdən, ASK tərəfindən İstabuldakı bütün səslərin yenidən sayılması ilə bağlı tələbi rədd edildikdən sonra AKP fövqəladə etiraz üsulundan istifadə edərək İstanbulda təkrar seçki keçirilməsini tələb edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Seçki   İstanbul  





Xəbər lenti