Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”

  16 Aprel 2019    Oxunub : 6947
 Türk deputat İrəvanda erməniləri susdurdu: “Qarabağ Azərbaycanındır”
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması məsələsini Dağlıq Qarabağ probleminin həlli kontekstində nəzərdən keçirmək lazımdır”
Azvision.az xəbər verir ki, bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin bu gün İrəvanda keçirilən 52-ci iclasında iştirak edən komitənin sədri, Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) deputatı Mətin Gündoğdu erməni jurnalistlərin sualını cavablandırarkən deyib.

Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmadan Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulmasından söhbət gedə bilməz. Həmçinin, İrəvanla Ankaranın münasibətləri erməni diasporu faktoru ilə şərtləndirilməməlidir”, - deyə Gündoğdu vurğulayıb.

Gündoğdu onu da əlavə edib ki, “Azərbaycan həmişə Türkiyə üçün önəmli müttəfiq olub - biz iki dövlət, bir millətik. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, onda bu, bütün regiona rifah gətirəcək”.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan   DağlıqQarabağ