Mnatsakanyan Minsk qrupunun həmsədr ölkəsinə gedir

 Mnatsakanyan Minsk qrupunun həmsədr ölkəsinə gedir
  16 Aprel 2019    Oxunub:1607
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bu gündən etibarən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya 2 günlük işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Parisə səfəri zamanı Mnatsakanyan fransalı həmkarı Jan-İv le Drianla və digər rəsmilərlə görüş keçirəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki son vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Səfər çərçivəsində Ermənistan XİN rəhbəri, həmçinin Fransanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edəcək və Parisdəki erməni icması ilə görüşlər keçirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   XİN   Fransa  





Xəbər lenti