Biznesmen Notr-Dam kilsəsinə 100 milyon avro ayırdı

  16 Aprel 2019    Oxunub : 844
 Biznesmen Notr-Dam kilsəsinə 100 milyon avro ayırdı
Fransanın “Artemis” və “Kering” şirkətlərinin sahibi olan Pino biznesmenlər ailəsi Parisdə yanaraq ciddi zərər görən Notr-Dam kilsəsinin bərpası üçün 100 milyon avro pul ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb. Bildirilib ki, biznesmen ailəsinin ayırdığı vəsaitin kilsənin bərpası üçün zəruri olan tədbirlərə xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, ötən axşam Parisin ən qədim abidələrindən biri - 856 illik tarixə malik məşhur Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın kilsədə aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Yanğın təxminən 9 saatdan sonra södürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Paris   NotrDam   Fransa