Karasin həmsədrlərlə görüşüb

 Karasin həmsədrlərlə görüşüb
  15 Aprel 2019    Oxunub:2064
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şeferlə görüş keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib.

Karasinlə görüşdən əvvəl Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində nazirlərin üçtərəfli danışıqlarında iştirak ediblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Minskqrupu   DağlıqQarabağ   Rusiya  





Xəbər lenti