Sarkisyan Paşinyanın qovduğu qadını özünə köməkçi gətirdi

Sarkisyan Paşinyanın qovduğu qadını özünə köməkçi gətirdi
  15 Aprel 2019    Oxunub:1450
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyanın anası Marqarit Azaryan ölkə prezidenti Armen Sarkisyanın köməkçisi təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Marqarit Azaryan Ermənistan baş nazirinin Kadrlar departamenti və aparat əməkdaşları idarəsinin rəhbəri olub. Lakin aprelin 3-də baş nazir Nikol Paşinyanın göstərişi ilə MTX rəhbərinin anası tutduğu vəzifəsindən uzaqlaşdırılmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti